Boksçumuz Avropa Kubokunun FİNALINDA 

Boksçumuz Avropa Kubokunun FİNALINDA 

Hazırda oxunan: Boksçumuz Avropa Kubokunun FİNALINDA 

159763

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib.  

Bizim.Media xəbər verir ki, buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.  

Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO