Müğənni Günay İbrahimli əyləncəli anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, axşam saatlarında "fast food" şəbəkələrinin birinə gedən sənətçini orada çalışan işçilərdən biri müraciəti ilə heyrətləndirib.
Belə ki satıcı qız "Xanım, sizi heç Günay İbrahimliyə oxşadıblar?" deyə müğənniyə sual ünvanlayıb. Bu sualdan təəccübünü gizlədə bilməyən İbrahimli "Günay İbrahimliyə oxşayıram? Günayın bacısıyam" deyərək, xeyli gülüb.
Həmin anları isə Günayın rəfiqəsi sosial şəbəkə hesabında bölüşüb.
Rəşad Əliyev, Bizim.Media