"Qarabağ Suriyaya çevrilə bilərdi. Sülh olmayana qədər rus ordusu bölgədən çıxmayacaq" - Gela Vasadze

Hazırda oxunan: "Qarabağ Suriyaya çevrilə bilərdi. Sülh olmayana qədər rus ordusu bölgədən çıxmayacaq" - Gela Vasadze

15960

"Erməni və azərbaycanlılar arasında sülh olmayana qədər Rusiya ordusu Qarabağda qalacaq. Cənubi Qafqaza ordu yeritməklə bağlı Rusiyaya heç kim irad bildirə bilmir".

Bizim Media xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze çıxışlarının birində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"ATƏT-ə nifrət edirəm. Serj Sarqsyan canidir" - Erməni fəal "revanşist sistemin kralları"nı AÇIQLADI 


Politoloq bildirib ki, "real siyasətlə danışsaq, Ankara, Brüssel, hətta Vaşinqton Qarabağa sülhməramlı missiya yerləşdirdiyinə görə Kremli sorğulaya bilməz.

Rusiya Qarabağ kimi təsir və nüfuz alətini itirməmək üçün hətta müharibəyə də hazır idi. Kremli cəbhədə Türkiyə ilə üz-üzə qalmaq belə qorxutmurdu. 

Yəni, Moskva Qarabağı itirməklə Azərbaycan və Ermənistan kimi ölkələrdəki nüfuzundan məhrum olmaqdansa Cənubi Qafqazı ikinci Suriyaya çevirməyə razı idi",- deyə gürcü politoloq regionda baş verənləri dəyərləndirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO