“Qarabağdakı qanunsuz rejim ərazilərdə çox sayda mina basdırıb” - Britaniyalı ekspert 

“Qarabağdakı qanunsuz rejim ərazilərdə çox sayda mina basdırıb” - Britaniyalı ekspert 

Hazırda oxunan: “Qarabağdakı qanunsuz rejim ərazilərdə çox sayda mina basdırıb” - Britaniyalı ekspert 

159551

“Bu gün minaların bütün növlərinin dünya üçün nəhəng humanitar məsələlərdən biri olması danılmaz faktdır. Onlar hətta münaqişələr başa çatdıqdan sonra da onilliklər ərzində yerin altında qalır.

Mən hazırda yaşadığım Belçikada hələ 1918-ci ildə başa çatmış Birinci Dünya müharibəsindən qalan minalar kənd təsərrüfatı sahələrində müntəzəm olaraq tapılır və zərərsizləşdirilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə milyonlarla mina var ki, onların da təmizlənməsi uzun müddət çəkəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında britaniyalı jurnalist və ekspert Neil Vatson söyləyib. 

Britaniyalı ekspertin sözlərinə görə, 28 illik işğal zamanı Xankəndidən idarə olunan qeyri-qanuni və tanınmamış erməni rejimi (işğal altında olmuş ərazilərdə - red.) müxtəlif tipli çoxlu sayda mina yerləşdirib.

Bundan əlavə, İkinci Qarabağ müharibəsindən sonra da bir çox beynəlxalq müqavilələrə və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq, minaların basdırılması davam etdirilib. Əraziyə nəzarət bərpa olunduqdan sonra Azərbaycan Ordusu müəyyən edib ki, həmin vaxtdan sonra da çox sayda mina yerləşdirilib. 

“Ermənistan bir daha atəşkəs razılaşmasının müddəalarını pozaraq, mina sahələrinin xəritələrini verməkdən inadla imtina edib. Həm də qeyd etmək lazımdır ki, ən köhnəsi təxminən otuz il əvvəl basdırılmış minalar indi deqradasiyaya uğrayıb və son dərəcə təhlükəlidir.

Azərbaycan əvvəldən minalanmış sahələrin xəritələrini əldə etməkdə çətinlik çəkib. Ehtimal edilir ki, həmin xəritələrin dəqiqliyi ən yaxşı halda 20 faizə qədərdir. Minalardan təmizlənmə prosesi başa çatanadək quruculuq, tikinti işlərindən söhbət gedə bilməz.

O torpaqların tam məskunlaşdırılması üçün təhlükəsiz şərait yaradılmasına uzun müddət lazımdır. Buna görə də mən minasız dünya üçün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədini dəstəklədiyimi bildirirəm. Bu Məqsəd bəşəriyyətin daha çox rifahı naminə bütün minaların zərərsizləşdirilməsini və istehsalının qadağan olunmasını tələb edir”, - deyə o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO