Təl-Əvivdə Blinkenlə Netanyahunun  görüşü başladı - FOTO

Təl-Əvivdə Blinkenlə Netanyahunun  görüşü başladı - FOTO

Hazırda oxunan: Təl-Əvivdə Blinkenlə Netanyahunun  görüşü başladı - FOTO

159536

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə bu ölkənin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, danışıqlar Təl-Əvivdə yerləşən Kiriye iqamətgahında keçirilir.

Görüş İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, İsrailin ABŞ-dakı, Birləşmiş Ştatların İsraildəki səfirləri və başqa məmurların iştirakı ilə genişləndrilmiş tərkibdə keçirilir.

Geniştərkibli danışıqlardan sonra A.Blineklə B.Netanyahu arasında təkbətək danışıqlar olacaq.
Bu görüşdən sonra birgə mətbuat konfransının olacağı gözlənilir.

A.Blinkenin eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qalant, Maxane Mamlaxati Partiyasının lideri Beni Qans və Knessetin deputatı Qadi Ayzenkotun iştirakı ilə genişləndirilmiş görüşü olacaq.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO