Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən çox pul oğurlayan şəxs SAXLANILDI - FOTO

Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən çox pul oğurlayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən çox pul oğurlayan şəxs SAXLANILDI - FOTO

159463

Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən artıq pul oğurlayan şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10 808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. 
Araşdırma zamanı onun bir ay ərzində beş dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO