Xalq artisti Röya: “Səidənin toyuna getməyim hamını şoka salmışdı” - VİDEO

Xalq artisti Röya: “Səidənin toyuna getməyim hamını şoka salmışdı” - VİDEO

Hazırda oxunan: Xalq artisti Röya: “Səidənin toyuna getməyim hamını şoka salmışdı” - VİDEO

159375

“Mənim Səidə Sultanın toyuna getməyimdən hamı şoka düşüb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Bir neçə həftə əvvəl həmkarı Səidə Sultanın toyuna getməsindən söz açan sənətçi bildirib ki, qarşı tərəflə münasibətlərində heç bir problemi olmayıb:  

“Səidə ilə mənim problemim yoxdur. Onun ailəsi ilə yaxından dostam. Məni Səidənin toyuna ailəsi çağırmışdı. Düzdür, özü də demişdi, amma mən getmişəm bacımın bacısının toyuna. İnsan özünə də, ətrafdakılara da hörmət qoymalıdır. Belə olanda çox rahat olur”. 

Qeyd edək ki, Röya və Səidə arasında qalmaqal bir neçə il əvvələ dayanır. Belə ki, Səidə fotosessiyalardan birində Röyanın onu təkrarladığını bildirərək “Hər şey o geyimdən başladı.

Sən Xalq artistisən, mən də “sultan”am. Heç dəxli var? Mənim adım çəkiləndə özlərini qəribə aparırlar. Birdən üzüklərinin qaşı düşər” fikirlərini ifadə etməsi olub. Bundan sonra tərəflər arasında küsülülük yaşanıb. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO