Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verib - FOTO

Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verib - FOTO

Hazırda oxunan: Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verib - FOTO

159251

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib. 

İmtahan kompüterlər vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla, 2 növbədə keçirilib. 

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub. 

İmtahanda iştirak etmiş 331 namizəddən 137 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO