Maksim Qalkin: “Mən, Alla və uşaqlarımız heç yerə getməyəcəyik, İsraildə qalacağıq” - VİDEO

Maksim Qalkin: “Mən, Alla və uşaqlarımız heç yerə getməyəcəyik, İsraildə qalacağıq” - VİDEO

Hazırda oxunan: Maksim Qalkin: “Mən, Alla və uşaqlarımız heç yerə getməyəcəyik, İsraildə qalacağıq” - VİDEO

159002

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumortist Maksim Qalkinin Tel-Əvivin Ben Qurion hava limanından görüntüləri yayılıb. Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının İsrailə açdığı müharibə fonunda məşhur ailənin ölkəni tərk edərək Londona getdiyi iddia edilib.  

Bizim.Media xəbər verir ki, Maksim ailəsinin İsraili təcili şəkildə tərk etməsi ilə bağlı yayılan xəbərlərə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada aydınlıq gətirib. 

Qalkin bildirib ki, nə özü, nə dəki ailəsi İsraili tərk etməyib, əksinə bu ölkədə qalaraq əsl vətəndaşlıq nümünəsi göstərirlər: 

“Bu gün artıq birinci gündür. İndi İsraildə bizim yaşadığımız ərazidə nisbi sakitlik hökm sürür. Bəli, bunlar sirena səsi idi. Şayiələri təkzib etmək üçün bu videonu çəkirəm. Mənim üçün bu çox önəmli və vacibdir. Bir il yarımdan çox əvvəl biz bütün ailəmizlə Rusiyanı tərk etdik. Getməyimizi nə qədər insan qaçış adlandırmağa çalışsa da, bu, doğru deyildi. Təhlükədən qaçmaq... Amma heç kim bizi təhdid etmirdi. 2022-ci ilin fevralında da heç bir təhlükə yox idi. Niyə ölkəni tərk etməyimizi izah etməyəcəyəm. Ağıllı insanlar bunu bilir, amma axmaqlar üçün bunu bir daha təkrarlamaq məntiqsizdir. Biz İsrailə getdik, yenə şüurlu seçim idi.

Biz uzun illər Avropa İttifaqının vətəndaşıyıq. Bizim Avropa pasportlarımız var. Biz istənilən vaxt 27 gözəl, sivil Avropa ölkəsindən birində yaşaya bilərik. Bəli, hətta sabah da... Biz İsraili seçdik. Çünki mən bu ölkəni çox sevirəm və burada özümü çox sakit hiss edirəm. Alla və mən hiss edirik ki, biz yad deyilik, buraya aidik. Biz həmişə Rusiyada hiss etdiyimiz kimi. Mən ana tərəfdən yəhudiyəm.
Bu, mənim bir hissəmdir. Ona görə də biz İsraili seçdik. Və biz bir dəqiqə belə seçimimizə görə peşman deyilik. Və bu gün, İsrail üçün bu ağır, kədərli günlərdə biz buradayıq və harasa getmək imkanını belə düşünməmişik. Baxmayaraq ki, bizim getmək kimi bir seçimlərimiz də var. İsrail hava limanı açıqdır. Bir çox Avropa aviaşirkəti öz riski ilə uçur. Ona görə də siz uça bilərsiniz, amma biz uçmuruq.

Alla, mən və uşaqlar İsrail xalqına dəstək olmaq istəyirik. Bu, böyük bir kədərdir. Biz fəxr edirik ki, indi belə vahid xalqla birləşmişik. O dövlət ki, vətənpərvərlik şişirdilmiş və ya süni bir anlayış deyil.

Bu, yuxarıdan deyil, milyonlarla israillinin qəlbinin dərinliyindən gəlir. Ben Qurion hava limanının izdihamlı olduğunu əks etdirən video və görüntüləri görə bilərsiniz. Bunlar turistlərdir, əcnəbilərdir, uçub gedirlər və onları başa düşmək olar. Amma israillilər İsraildən qaçmırlar. Onlar qaçmırlar, dünyanın hər yerindən israillilər ölkəni dəstəkləmək və onun uğrunda əllərində silah döyüşmək üçün İsrailə gəlirlər”. 

Sənətçi “Əlinə silah alıb, niyə cəbhədə vuruşmursan?” sualna belə reaksiya verib:  

“İsrailin müdafiəsinə indi getməyim üçün heç olmasa bəzi səbəblər olsaydı, gedərdim. Amma mənim ölkəni başqa cür dəstəkləmək imkanım var. Mən gedib qan verib kömək edəcəm”.

Maksim özünün və övladlarınının ivrit dilini öyrəndiyini açıqlayıb: Düşünürəm ki, rusca danışan israillilər üçün Alla və mənim İsrail üçün çətin bir zamanda burada olmağımız vacibdir. Biz bütün ərazi nəqliyyat vasitələri kimi pasporta ehtiyac duymuruq. Xeyr, biz bura gəldik və uşaqlarımızın təhsil ivrit dilində olan məktəbə getməsinə əmin olduq.

Yenə uşaqlarımızı Amerika məktəbinə göndərmək imkanımız oldu. İnanın, biz bunu edə və ödəyə də bilərdik. Amma orada ivrit dili gündə bir saat öyrədilir. Mən istəyirdim ki, övladlarımız Qarik və Liza, israillilər kimi, ivrit dilini öz ana dilləri kimi danışsınlar. Bunun üçün tam hüquqlu təlimə başlamaq lazımdır. Və mən də bu dili öyrənirəm. Bu ölkə üçün necə fəxr etdiyimi təsəvvür edə bilməzsiniz. Hansı ki, bir təkanla öz müdafiəsinə qalxdı. Burada cəbhəyə getməyə çalışırlar. Burada sadə vətəndaşlarla yüksək vəzifəli məmurların övladları arasında heç bir fərq yoxdur.
Ehtiyatçılar arasında İsrailin keçmiş naziri də görünüb. Dünən məlum olub ki, keçmiş təhsil nazirinin oğlu dünyasını dəyişib. O, terrorçularla atışmada həlak olub. Əsgərlərlə yanaşı, o da döyüşürdü. Bu əsl vətənpərvərlikdir. İsrailli olmaqdan qürur duyuram. Əminəm ki, vaxt gələcək mən də rus olduğum üçün fəxr edəcəm. İndi orada əxlaq və etikada bir növ dəyişiklik var. Alla, mən və uşaqlar heç yerə getməyəcəyik. Biz burada, İsraildəyik”.  

Qeyd edək ki, Maksim Qalkin həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova və iki övladı bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO