Zaqatalada ağır QƏZA – Xəsarət alanlar var

Zaqatalada ağır QƏZA – Xəsarət alanlar var

Hazırda oxunan: Zaqatalada ağır QƏZA – Xəsarət alanlar var

158955

Yüksək sürət Zaqatalada qəzaya və iki nəfərin xəsarət almasına səbəb olub. Ağır yol-nəqliyyat hadisəs gecə saatlarında rayonun Bəhmətli kəndi ərazisində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürgüstan magistralının rayonun Bəhmətli kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Bəhmətli kənd sakini, 29 yaşlı Pünhan Hüseynov idarə etdiyi “Volkswagen Passat” markalı minik avtomobilini qaz xəttinə çırpıb.

Qəza nəticəsində avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, toy məclisindən dönən sürücü avtomobili sürətlə idarə etdiyindən sükanda idaəetməni itirib və maşını yolun kənarındakı qaz xəttinə çırpıb.
Nəticədə sürücü Pünhan Hüseynov və avtomobildə olan sərnişin 22 yaşlı Zakir Balayev Təcili Tibbi Xidmət vasitəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, müayinə aparılıb, müalicələrə cəlb edilib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO