Məşhur TikToker Qarabağa görə ermənilərin hücumuna məruz qaldı - VIDEO

Məşhur TikToker Qarabağa görə ermənilərin hücumuna məruz qaldı - VIDEO

Hazırda oxunan: Məşhur TikToker Qarabağa görə ermənilərin hücumuna məruz qaldı - VIDEO

1589

İrina adlı məşhur TikToker Azərbaycana dəstək nümayiş etdirdiyinə görə ermənilər tərəfindən təhqir olunub.

Bizim.Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib. Heç kəsin onun valideynlərini təhqir etməyə hüququ olmadığını bildirən bloqer  ermənilərə videomüraciət ünvanlayıb:

“Hərkəsə salam. Söhbət mənim Azərbaycana dəstək üçün paylaşdığım videodan gedəcək. Ermənilər, sözüm sizədir. Kim tərəfindən satın alınmağım mövzusu artıq aktual deyil. Bu həyatda heç də bütün insanlar satın alınmır. Yadda saxlayın. 

Çox sayda insan mənə satıldığımı və xaçpərəst ola-ola Azərbaycanı dəstəklədiyimi yazır. Bəli, mən Azərbaycanı dəstəkləyirəm. Azərbaycan gücdür! Bütün azərbaycanlılara uşaqlıqdan böyüklərə və valideynlərə hörmət etmək öyrədilir. 

Siz ermənilərin təhqirlərindən başa düşürəm ki, sizdə bu tərbiyə yoxdur. Valideynlər müqəddəsdir. Heç kəs başqasının valideynlərini təhqir edə bilməz. Bunu yadda saxlayın. 

Öz videomda mən Azərbaycanı dəstəkləmişəm, orada sizin haqqınızda ümimiyyətlə söhbət getməyib. Qarabağ Azərbaycandır nida işarəsi. Sizi sevirəm, Azərbaycan”,- deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl TikToker Azərbaycana dəstək videosu paylaşdığına görə ermənilər tərəfindən təhqirlərə məruz qalıb.

Vüsalə Balayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO