Maurinyo da Səudiyyə Ərəbistanına gedir

Maurinyo da Səudiyyə Ərəbistanına gedir

Hazırda oxunan: Maurinyo da Səudiyyə Ərəbistanına gedir

158815

“Səudiyə Ərəbistanında çalışacağıma əminəm. Nə zaman olacağını bilmirəm, amma bu baş verəcək”.  

Bizim.Media xəbər verir ki, bunu “Roma”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo deyib.

Təcrübəli mütəxəssis Avropanı tərk edə bilər. A seriyasında mövsümə pis başlayan Mourinyo bildirib ki, bir gün ulduzların axın etdiyi Səudiyyə Ərəbistanına gedəcək:

“Roma”da işimə bağlıyam. Son günə qədər klubum üçün əlimdən gələni edəcəyəm. Kimsə gələcəyi bilmir, amma Səudiyyə Ərəbistanında işləməyi çox istəyirəm. Orada qapılar mənim üçün hər zaman açıqdır. Bu ölkəyə ilk gedən Kriştianu Ronaldo oldu. Futbolçular bunun əvvəldə tək adamlıq bir şou olacağını düşünsələr də, sonra baş verənləri gördük”.  

60 yaşlı çalışdırıcı Səudiyyə Ərəbistanı Pro Liqasında inkişafın göz önündə olduğunu vurğulayıb:

“Sadəcə karyeralarının son dönəmində olan oyunçular deyil, perspektiv vəd edən futbolçular da bu liqaya gedirlər. Çünki orda real rəqabət var. Sadəcə, söz açdığımız liqa deyil, Asiya Çempionlar Liqası da çox maraqlıdır”.  

Qeyd edək ki, İtaliya mediası “Roma”nın Mourinyo ilə yollarını ayırmaq istədiyini iddia etsə də, klubun İdarə Heyəti bunu təkzib edib. Joze Mourinyonun “Roma” ilə müqaviləsi bu ilin sonunda bitəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO