Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və oraya 5000 raket atıldığını bildirilib.
"Avroviziya" təmsilçilərimizdən olan müğənni Samirə Əfəndi ailəsi və menecəri ilə konsert üçün Tel-Əviv şəhərinə gedib. Müğənni baş verən hadisələrə görə Vətənə geri qayıda bilmədiyini söyləyib.
Bizim.Media xəbər verir ki, Samirə bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında post paylaşaraq hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
Samirə Əfəndi İsraildə müharibənin ortasında QALDI – FOTO/VİDEO
"Biz salamatıq. Narahatsınız, bilirəm. Biz təhlükəsizlikdəyik. İnşallah evimizə sağ-salamat qayıdacayıq. Hazırda oteldəyik. Səfirlik və Diaspora bizi bura dəvət edən təşkilatçılar da bizə görə çox narahatdır və mütəmadi əlaqədədirlər. Dualarınızı əsirgəməyin", - deyə S.Əfəndi vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media