Ərdoğan: “Siyasətimizin prioriteti regionumuzda qan tökülməsinə son qoymaqdır”

Ərdoğan: “Siyasətimizin prioriteti regionumuzda qan tökülməsinə son qoymaqdır”

Hazırda oxunan: Ərdoğan: “Siyasətimizin prioriteti regionumuzda qan tökülməsinə son qoymaqdır”

158757

“Siyasətimizin prioriteti Yaxın Şərqdən Qafqazlara qədər, Balkanlardan Qara dənizədək olan bütün ərazilərdə qan tökülməsinə son qoymaqdır”. 

Bizim.Media “TRT Haber”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 4-cü növbədənkənar konqresindəki çıxışında deyib. 

Türkiyə Prezidenti bildirib ki, Regional və qlobal tarazlaşdırmanın əsas ölkəsinə çevrilən Türkiyə bu yoldan əsla geri dönməyəcək: 

“Bu gün burada bir daha bəyan edirəm: böyük və güclü Türkiyənin doğuşuna mane ola bilməyəcəksiniz. Türkiyə əsrinin yüksəlişinə əngəl ola bilməyəcəksiniz. Türk millətinin min illər boyu dövlətçilik və mədəniyyət ənənəsinin inkişafının qarşısını ala bilməyəcəksiniz.
Məzlumların ahı ilə inləyən dünyanın ədalət və mərhəmətlə yenidən dirçəlməsinə əngəl ola bilməyəcəksiniz. İnsanlığın haqq səsi olan hüquq və həqiqət uğrunda mübarizəmizin yayılmasına əngəl ola bilməyəcəksiniz. Əsrlərdir dünyada davam edən müstəmləkə və zülm düzəninin çökməsinin qarşısını ala bilməyəcəksiniz”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO