Təranə Səmədovanın qızı: “Anam analıq hüququndan məhrum edilsin” – VİDEO  

Təranə Səmədovanın qızı: “Anam analıq hüququndan məhrum edilsin” – VİDEO  

Hazırda oxunan: Təranə Səmədovanın qızı: “Anam analıq hüququndan məhrum edilsin” – VİDEO  

158732

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suel “Səni axtarıram” ictimai-sosial verilişinə çıxıb.  

Bizim.Media xəbər verir ki, kömək üçün sözügedən verilişə pənah gətirən prodüserin övladı anası ilə bağlı müraciət ünvanlayıb.  

Suel anası Təranənin analıq hüququndan məhrum edilməsini istəyib:  

“Keçmişdə yaşadıqlarımı unutmaq üçün arzularım var. Özümdə güc toplayıb, müraciət edirəm. İstəyirəm bacımla bir qalım. Bacım üçün çox darıxıram. Ona baxırdım, ayrılanda elə bil bir parçam getdi. Rəqsanə İsmayılova ilə qalmaq istəyirəm. Anam isə icazə vermir. İstəyir ki, dövlətə təhvil versinlər, orada təhsil alım.  

Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı, özünü itirdi. Əvvəlki adam olmadı. İstəyirəm ki, müalicə olunsun, düzəlsin. Məni, öz övladını təhdid edir. Lazımdırsa, anam analıqdan məhrum olunsun. Bacımla mən ağ günə çıxacağıqsa, razıyam. Nə etdisə, özü-özünə etdi”.  
Suel müraciətində bildirib ki, anası Təranə Səmədova müğənni Rəqsanə İsmayılovanı hədələyir.  

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.     
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.  

Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzlində fəaliyyət göstərən müəssisədə qalır.  

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO