Masallıdakı yanğında xəsarət alanların SON VƏZİYYƏTİ 

Masallıdakı yanğında xəsarət alanların SON VƏZİYYƏTİ 

Hazırda oxunan: Masallıdakı yanğında xəsarət alanların SON VƏZİYYƏTİ 

158672

Oktyabrın 6-da Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib. 

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 

Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb. 

Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO