Pomidor və xiyar niyə BAHALAŞIB?

Pomidor və xiyar niyə BAHALAŞIB?

Hazırda oxunan: Pomidor və xiyar niyə BAHALAŞIB?

158623

“Azərbaycanda xiyarın və pomidorun bahalaşmasının payız mövsümü ilə heç bir əlaqəsi yoxdur. Açıq şəkildə yetişdirilən məhsullar bazara çıxarılmalıdır. Ancaq bu il məhsul az istehsal olunduğu üçün tez tükənib”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli deyib.

O, məhsulun az olması səbəbindən də sözügedən məhsulların qiymətinin bahalaşdığını bildirib:

“Bəzi eskpertlərin fikrincə, istixanalarda yetişdirilən məhsullar bazara çıxarılmıdığı üçün qiymətlər bahalaşır. Onlar hələ də bilmirlər ki, yay aylarında istixana olmur. Ümumiyyətlə, bəzi ölkələrdə belə şəraitdə yetişdirilən pomidor və xiyar məhsullarının bazara çıxarılması qadağandır. Qışa isə ən azı iki aydan çox var” 

Onun sözlərinə görə, hazırda açıq sahələrdə yetişdirilən xiyar və pomidorun bazara çıxarılması üçün tezdir: 

“Əgər bu ilin istehsalı olsaydı, məhsul əvvəlcə soyuducu anbarlarda saxlanılmalı, yalnız oktyabr ayından sonra bazarda satılmalıdır. Bir sözlə, ölkədə həm istehsal və təklif azalıb, həm də qiymət bahalaşıb”.

Müsahibimiz, istehsalın azalmasını aqrar sahəyə olan diqqətsizliklə əlaqələndirib: 

“Son vaxtlar aidiyyatı qurumlar tərəfindən bu sahəyə az diqqət göstərilir. Hökumət daha çox istixanaların tikintisinə daha çox maliyyə ayırdı və burada məhsul yetişdirilməsini stimullaşdırdı. Əslində isə açıq sahədə məhsul yetişdirilməsinə önəm verilməlidir. Bunun üçün də istehsalçıya dəstək artırılmalıdır. 

Ancaq logistik imkanlar az olduğu üçün onlar istehsalı da azaltmağa çalışırlar. Yetişdirdikləri məhsul soyuducu anbarlarda saxlanılmalıdır ki, bu da əlavə vəsait tələb edir. Hökumət də bu sahəyə diqqət yetirməli və onlara aşağı faizli kreditlər təklif etməlidir. Əgər bu vəsait vaxtında təmin edilsəydi, onlar da soyuducu anbarlar inşa edər və məhsullarını uzun müddət saxlayardılar. Hazırkı anbarlarda isə saxlanma qiyməti yüksəkdir”.

Qeyd edək ki, açıq tarla şəratində yetişdirilən pomidor və xiyar məhsulunun bazar qiyməti kəskin bahalaşıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO