Ermənipərəst senator Menendezin ört-basdır etdiyi cinayətin VİDEOSU  

Ermənipərəst senator Menendezin ört-basdır etdiyi cinayətin VİDEOSU  

Hazırda oxunan: Ermənipərəst senator Menendezin ört-basdır etdiyi cinayətin VİDEOSU  

158474

Ermənipərəst senator Robert (Bob) Menendezin həyat yoldaşı Nadin Arslanyanın törətdiyi, piyadanın ölümü ilə nəticələnən yol qəzasını əks etdirən videogörüntülər yayılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və cinayəti törədən şəxs buna görə məsuliyyətə cəlb olunmayıb. 

Avtomobili senator R.Menendezin həyat yoldaşı N.Arslanyan idarə edirdi. Daha sonra o, polisə bildirib ki, yolu keçmək istəyən və avtomobilinin qarşısına çıxan şəxsi görməyib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop ölüb. Berqen bölgəsinin tibbi ekspertinin sözlərinə görə, onun meyiti yolun kənarında qalmış və pis vəziyyətə düşmüşdü. 

Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendez) “günahsız” olduğu qənaətinə gəlib. Ona qarşı heç bir ittiham irəli sürülmədən buraxılıb. 
"Həmin axşam baş verənlər barədə uzun illər ərzində xəbər verilməyib, bu da öz növbəsində şahidlər və R.Koopun ailəsi tərəfindən ölümcül hadisənin qəsdən gizlədildiyi barədə şübhə yaradıb. Ancaq indi təxminən beş il sonra epizod Amerika siyasətini sarsıdan qalmaqala yeni bir ölçü əlavə edir. Və bu qalmaqalın mərkəzində olan senatorla bağlı yeni suallar doğurur", - məqalədə vurğulanıb. 

Vurğulanıb ki, bəzi faktlar bu cinayətin polis tərəfindən ört-basdır edildiyini deməyə əsas verir. Belə ki, polisin verdiyi məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki qəbul etməsi ilə bağlı yoxlanılmayıb və R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir müddət əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib. 

Qeyd edək ki, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir. O, hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. Məlumatda o da qeyd olunur ki, 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələr ona Fred Daibes adlı tərtibatçı tərəfindən verilib.

Bundan başqa, Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün 10 illik mümkün həbs cəzasından yaxa qurtarmaq məqsədilə Menendezə rüşvət verib. 

Xatırladaq ki, erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Menendez 13 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO