Çox az adam sağlıqlı və rahat yuxu ala bilir. Kimsə yuxusuzluqdan əziyyət çəkir, kimsə tam tərsinə yuxudan "doya" bilmir.
Bizim.Media çıxış yollarını təqdim edir:
1. İsti vanna qəbulu;
Bu, ağır iş günündən sonra istirahət üçün ideal yoldur. Yuxudan öncə qəbul edilən vanna, keyfiyyətli istirahəti təmin edir. Daha effektli təsir üçün vannaya müxtəlif otlar da əlavə etmək olar.
2. Yuxudan öncə kitab oxuyun;
Yatmazdan əvvəl televizora baxmaq əvəzinə kitab oxumaq daha yaxşıdır. Çox güman ki, kitab oxumağa başladıqdan bir neçə dəqiqə sonra yuxu gəlməyə başlayacaq. Kitab seçərkən diqqət edin, bu detektiv və qorxu janrı olmasın. Klassik ədəbiyyat ən yaxşı seçimdir.
3. Şam yeməyində çox yeməyə üstünlük verməyin;
Çoxumuz düzgün qida rejiminə diqqət etmirik. Çox zaman günorta naharını ötürüb onu şam yeməyi ilə əvəz edirik. Bunu anlamaq lazımdır ki, mədə dolu olduqda orqanizm həmin qidanı həzm etməklə məşğuldur. Bu halda sağlam və rahat yuxu haqqında heç bir söz ola bilməz. Məhz buna görə də, axşam yeməyində özünüzə nəzarət etməlisiz.
4. Rahatlaşmış vəziyyətdə yatmağa uzanın;
Yatmadan öncə ağır fiziki işlərlə məşğul olmayın. Məşqlərdən ən az 5 saat sonra yatmaq lazımdır. Əks halda sizin bədəniniz oyaq halda olacaq.
5. Özünüzə uzunmüddətli yuxu təmin edin;
Əgər siz həqiqətən də, yaxşı yataraq yuxunuzu tam almaq istəyirsinizsə, onda gecə yarısından gec olmayaraq uzanmalısınız. Həmçinin saatınızı çox erkən vaxta qoymağınız məsləhət deyil. Ən az 8 saat davam etdiyi müddətdə yuxunu tam olaraq almaq olar.
6. Döşəyinizi (matras) dəyişin;
Bəzən pis yuxuya səbəb köhnə, narahat döşək ola bilər. Və yaxud o yaxşı vəziyyətdədir, lakin sizə uyğun deyil. Ola bilər ki, döşək hədsiz yumşaqdır və ya əksinə bərkdir. Ən az bir müddətlik onu dəyişməyə cəhd edin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:39 / 25.03.2021
Doyunca yatmaq və gümrah oyanmağın 6 SİRRİ...
Hazırda oxunan: Doyunca yatmaq və gümrah oyanmağın 6 SİRRİ...
Hazırda oxunan: Doyunca yatmaq və gümrah oyanmağın 6 SİRRİ...
15843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.