Xankəndi şəhərində vəziyyət sabitdir və heç bir etnik təmizləmə aparılmır.
Bizim.Media xəbər verir ki, bu informasiya Rusiya Müdafiə Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı birgə məlumatda yer alıb.
Hazırda BQXK-nın əməkdaşları Xankəndi şəhərinin küçələrində gəzərək səsgücləndiricilərlə evlərdə qalan insanları axtarırlar.
Məqsəd isə onların Ermənistana təxliyə olunmasıdır.
Xatırladaq ki, Qarabağdakı qondarma rejimin keçmiş "dövlət naziri" Artak Beqlaryan Twitter-də yazıb ki, hazırda Xankəndidə 40-ya yaxın erməni qalıb.
Bizim.Media