Yük maşınlarına elektron yol vərəqinin forması və istifadəsində YENİLİK  

Yük maşınlarına elektron yol vərəqinin forması və istifadəsində YENİLİK  

Hazırda oxunan: Yük maşınlarına elektron yol vərəqinin forması və istifadəsində YENİLİK  

158353

Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı  Baş nazir Əli Əsədov qərar qəbul edib. 
Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir. 

Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir.

Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.  

Belə ki, yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən elektron yol vərəqi tərtib edilir. Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. 
Elektron yol vərəqinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO