Meditasiya, yoxsa DUA?

Meditasiya, yoxsa DUA?

Hazırda oxunan: Meditasiya, yoxsa DUA?

158339

Son günlərdə “meditasiya edərək istəyimə nail oldum” sözlərini tez-tez eşidirik. Meditasiya Avropa dillərində "dərin düşünmə" mənasına gələn bir termin olub, insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. 

Bəs, İslamda meditasiya nə dərəcədə qəbulediləndir?

İlahiyyatçı Tural İrfanın Bizim.Media-ya açıqlamasında bildirib ki, İslam dinində dua, namaz, ibadət Allahla rabitədir və bir növ o duanın, namazın içində bizim meditasiya adlandırdığımız məsələlər də var:

“Sadəcə olaraq, insanlar namazın və duanın fəlsəfəsini, İslamdakı ibadət rituallarının mahiyyətini anlamadığından elə düşünürlər ki, meditasiya fərqli anlayışdır.

Lakin onların tərkibində sadaladığımız proseslər var. Sadəcə meditasiya Qərbin təqdim etdiyi bir formadır. Bu forma başqa üsul kimi təqdim olunur və İslamdankənar insanlar o metodlardan istifadə edirlər. 

Əlbəttə ki, meditasiya zehində təsəvvür yaratmaqdır, o hadisənin, diləyin, istəyin baş vermiş kimi təsəvvür olunmasıdır. Biz buna iman, inam deyirik.

İnam yəqinə çatmaqdır. Hər cür dilək, arzu, dua inamla, ixlasla edilməlidir. İslamda bu terminlər işlənir. Yəni əslində meditasiya namazda da var. Diləyə çatmaq yenə də Allahın iradəsi ilə olur. Lakin insan Allaha dua edərək, zəhmət çəkərək istəyinə nail olur. 
Musa Peyğəmbərlə Firon arasında keçən çayın axışını dayandırmaq məsələsi hamıya məlumdur. Rəvayət belədir ki, Musa peyğəmbərlə fironun arasında olan bir məsələdə firon çayı dayandırır, amma Musa Peyğəmbər bunu bacarmır.

Bu isə belə cavablanır ki, firon gündüz özünü Allah adlandırsa da, gecələr tövbə edirmiş. Beləliklə, Allahdan Musa Peyğəmbərə nida gəlir ki, fironun əziyyəti, tövbəsi cavabsız qala bilməzdi. 

Çoxu elə düşünür ki, Allaha inam nəticəsində yox, meditasiya edərək nailiyyətlər qazanırlar. 

Lakin hər şeyi verən Allahdır. Namaz qılarkən insan Allah qarşısında mütilik sərgiləyir, dünyanı unudur, birbaşa Tanrıya bağlanır və dua zamanı da istədiyi şeyin Allah tərəfindən veriləcəyinə, mütləq həyata keçəcəyinə inanır. Meditasiya da eynilə belədir, inamla formalaşır. 
Lakin diləyi hansısa başqa varlıqdan yox, yalnız yaradıcıdan istəmək lazımdır. Meditasiya ilə əldə edilən nailiyyətlər də həyata keçirsə, bilin ki, bu, Allahın bir sınağıdır, sonradan hansısa problemlərin çıxmayacağı mənasına gəlmir. Buna görə də istək yalnız Allahdan olmalı, ona sığınılmalıdır”.

Cahan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO