Cəbrayılda su təsərrüfatı yenidən QURULACAQ - RƏSMİ

Cəbrayılda su təsərrüfatı yenidən QURULACAQ - RƏSMİ

Hazırda oxunan: Cəbrayılda su təsərrüfatı yenidən QURULACAQ - RƏSMİ

158298

Cəbrayıl şəhərində yeraltı sulardan istifadə olunacaq, artezian və subartezian quyuları qazılacaq.

Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, artıq Cəbrayıl şəhərində su təchizatı ilə bağlı “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən layihə hazırlanıb:

“Burada istifadə olunacaq suların anbarlara toplanması və paylanması üzrə şəbəkənin yaradılması ilə bağlı layihə işləri hazırdır. Şəhərdə tikinti işlərinə paralel olaraq bu işlərin də görülməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə hazırda layihələndirmə işləri aparılan Cəbrayıl rayonunun 3 kəndinin içməli su təchizatının aparılması məsələsi həyata keçiriləcək”.

“Azərsu” rəsmisi qeyd edib ki, sonra Cəbrayıl rayonunda tikiləcək digər yaşayış məntəqələrində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan sifarişlər əsasında su təchizatı və kanalizasiya infrastrukturunun layihəsi işlənib hazırlanacaq, mərhələli şəkildə icra olunacaq.
“Gələcəkdə rayon ərazisində vaxtı ilə mövcud olmuş artezianların və kəhrizlərin bərpası istiqamətində də işlərin görülməsi planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində xidmət aparan hərbçilərimizin, mülki şəxslərin içməli su təminatı ilə bağlı heç bir problem yoxdur”, - A. Cəbrayıllı deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO