Baş redaktor nadir quşları ovlayan ərəb turistlərinə DƏSTƏK VERDİ

Baş redaktor nadir quşları ovlayan ərəb turistlərinə DƏSTƏK VERDİ

Hazırda oxunan: Baş redaktor nadir quşları ovlayan ərəb turistlərinə DƏSTƏK VERDİ

15816

Xəbər verildiyi kimi “Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı görüntü yayıb. Ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar.

Bu durna növünün sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Ərəblərin Qax sərgüzəştləri, yoxsa ÖZBAŞINALIQ? – VİDEO


Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılmışdı. 

Sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi müzakirə yaradan bu hadisə ilə bağlı rəsmi açıqlama hələki verilməyib. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ərəb turistlərin qanunsuz ovunu dəstəkləyib. 

Bizim.Media xəbər verir ki, özünün “Facebook” hesabında məsələyə toxunan baş redaktor tarix boyu quş ovunun olduğunu xatırladıb:

“Guya tarix boyu Muğan çölündə quş ovlamayıblar ki?!

Ədəbiyyatımız ov səhnələriylə doludur. Ən məşhurlarından birini də Səməd Vurğun yazıb:

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Flora-fauna sevgisi , durna təəssübkeşliyi başadüşüləndir. Amma bu mütəşəkkil hay-küy biraz şübhə yaradır. Elə bil xəbəri kimsə yönləndirir, idarə edir.  Sanki kiminsə hansısa marağı var. Məncə, soyuqanlı və səbrli olsaq aydınllaşacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO