Xətai rayonu 63 nömrəli məktəbin yaxınlığında yaşlı şəxsin 10 yaşlı qıza təcavüz etməsi ilə bağlı məsələ araşdırılır.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə DİN hadisədən məlumatlıdır:
MÖVZU İLƏ BAĞLI:
Bakıda TÜKÜRPƏDİCİ OLAY – Ahıl şəxs 10 yaşlı qıza CİNSİ ZORAKILIQ ETDİ – DETALLAR/VİDEO
“Bununla bağlı hazırda müvafiq polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək”.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı Xətai sakinləri tərəfindən videogörüntü paylaşılıb. Videodan da göründüyü kimi pedofil hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq xidməti avtomobilə əyləşdirilir. Məlumatlarda o da qeyd olunur ki, təcavüzə məruz qalan azyaşlı hazırda xəstəxanadadır. Onun vəziyyəti ilə bağlı hələki məlumat yoxdur.
Alçina Amilqızı, Bizim.Media