1367 Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə QAYIDIB 

1367 Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə QAYIDIB 

Hazırda oxunan: 1367 Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə QAYIDIB 

158120

Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. 

Bu barədə Bizim.Media-ya Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib. 

Bildirilib ki, bu ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib. 

BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir. 

Bu ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub. 

Bu ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib.

Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirib, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb. 

Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib. 
2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO