Xəbər verdiyimiz kimi, “Azad Azərbaycan” telekanalında (ATV) yeni mövsümdən etibarən İlhamə Bədəlova və Zaur Nəbioğlu birlikdə “Rəngarəng” adlı musiqili-əyləncəli veriliş aparacaqlar.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən proqramda ciddi dəyişikliklər baş verib.
Belə ki, ötən mövsüm “Xəzər” televiziyası ilə yollarını ayıran “Səhər mərkəzi” proqramının aparıcılarından biri olan Aysel Novruzova ATV kanalına işə düzəlib. O, Z. Nəbioğlu ilə bərabər “Rəngarəng” verilişini aparacaq. İ.Bədəlova isə sözügedən proqramdan çıxıb.
Qeyd edək ki, Vüsalə Əlizadə ATV-də yayımlanan “7 canlı” axşam şousundan uzaqlaşandan sonra həmin verilişin aparıcılığını İlhamə Bədəlova edib. O, eyni zamanda 2014-ci ildən etibarən “Həkimsən” proqramının aparıcısıdır.
Rəşad Əliyev, Bizim.Media