Türkiyə şirkəti Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Türkiyə şirkəti Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Hazırda oxunan: Türkiyə şirkəti Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

157820

Türkiyənin “Baykar” şirkəti Ukraynada üç layihəyə 100 milyon dollar sərmayə qoyur. Onlardan biri dron istehsal edən zavoddur.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

“Baykar”ın baş direktoru Haluk Bayraktarın sözlərinə görə, investisiyalardan biri də tikintisinə başlanılan dron istehsalı zavodudur. O, həmçinin əlavə edib ki, zavodun təxminən il yarıma başa çatdırmağı planlaşdırırlar.
İstehsal özünü təmin edən, ekoloji cəhətdən təmiz və eyni zamanda qarşılıqlı faydalı olacaq, çünki Ukraynada mühərriklərin istehsalı üçün unikal texnologiyaları var.

Qeyd edək ki, 2022-ci il iyulun 19-da Baş nazir Denis Şmıqal Türkiyə ilə ölkəsində “Bayraktar” pilotsuz uçan aparat zavodunun tikintisinə başlamağa imkan verəcək müqavilənin hazırlandığını açıqlayıb. Artıq avqust ayında “Baykar Makina” Ukraynada qeydiyyatdan keçdiyini, həmçinin gələcək zavodun tikintisi üçün yer aldığını elan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO