“Qəbələ” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq

“Qəbələ” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq

Hazırda oxunan: “Qəbələ” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq

157809

“Qəbələ” Misli Premyer Liqasının 8-ci turunun sabah keçiriləcək oyununda “Kəpəz”lə qarşılaşacaq. 

Bizim.Media xəbər verir ki, matç Gəncə şəhər stadionunda baş tutacaq.

Səfər görüşündə “qırmızı-qaralar”ın 5 futbolçusu iştirak etməyəcək. 7-ci turun “Qarabağ”la ev qarşılaşmasında (1:2) zədə aldığı üçün əvəzlənən Gilad Abramov bərpa prosesi keçir.

Onun bir həftədən sonra komandaya qoşulacağı gözlənilir. Dizindən zədələnən qapıçı Kristof Atanqana da komanda ilə məşqlərə qatılmır. Urfan Abbasov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər. 
Xatırladaq ki, sabah Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO