İspaniya, Meksika və Kuba mətbuatı Novruz Bayramından yazdı

İspaniya, Meksika və Kuba mətbuatı Novruz Bayramından yazdı

Hazırda oxunan: İspaniya, Meksika və Kuba mətbuatı Novruz Bayramından yazdı

15777

Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov "HorraPress" - Avropa Azad Mətbuatına və Meksikanın "Expresionmexico" xəbər saytına Novruz Bayramı haqqında məlumat verib.

Bizim.Media-nın məlumatına görə, məqalələrdə qeyd olunur ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir:

 

MÖVZU İLƏ BAĞLI:

"Washington Post” İlham Əliyevin Novruzu Şuşada qeyd etməsindən yazdı


"Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan da bir çox şərq ölkələri kimi baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayır. 

2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Novruz bayramının mənşəyi qədimdir.  Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Bu tarixdə insanlar dostlarını, qohumlarını və qonşularını ziyarət edirlər.

Azərbaycanda şənliklərin ənənəvi nöqtəsi İçərişəhərdir. Bakının, milli paytaxtın simvolu olan İçərişəhərdə bütün xalq üçün böyük yarmarkalar təşkil olunur və televiziya vasitəsilə birbaşa yayımlanır".

Məqalələrdə eyni zamanda qeyd olunur ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev Şuşada, Cıdır düzündə Novruz Bayramı münasibətilə tonqal yandırdı və birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə birlikdə mədəniyyət paytaxtından Azərbaycan xalqını təbrik etdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO