Dağıstanda sürücü sükan arxasında keçinib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Bildirilir ki, hadisə səhər saat 5 radələrində ölkənin çıxışına yaxın ərazidə qeydə alınıb.
Məlumata görə, Azərbaycana məxsus dövlət qeydiyyat nişanı olan (50-EP-652) iri yük avtomobili (TIR) idarəetmədən çıxaraq, bataqlığa düşüb. Ərazidə olanlar avtomobilin salonunda sürücünün meyitini tapıblar. Sürücünün azərbaycanlı olduğu deyilir.
Bizim.Media