Bakı-Qazax yolunda mikroavtobus aşıb: Xəsarət alanlar var 

Bakı-Qazax yolunda mikroavtobus aşıb: Xəsarət alanlar var 

Hazırda oxunan: Bakı-Qazax yolunda mikroavtobus aşıb: Xəsarət alanlar var 

157664

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Bizim.Media xəbər verir ki, xəsarət alanların şəxsiyyəti artıq müəyyənləşib.

Belə ki, qəza nəticəsində Quliyeva Maygül (1972), Quliyeva Şəhla (1996), Quliyeva Sevgi (1994), Quliyev Məqsəd (1996), Qasımov Nurlan (1998), Qasımova İnci (2023), Qəhramanova Həvva (2016), Əhmədov Misir (1969), Əsgərov Xəyal (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO