Rusiya “Telegram” kanallarında Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən erməniəsilli sakinlərlə bağlı görüntülər paylaşılıb.
Bizim.Media xəbər verir ki, bu görüntüləri Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda baş verənlərlə bağlı yalan danışmağa davam etdiyinin sübutu hesab etmək olar.
Belə ki, Qarabağdan köç edən erməniəsilli sakinlərdən Azərbaycan tərəfinin onlara necə davrandığı, hər hansı məcburiyyət və ya kobud rəftarın olub-olmadığı soruşulub.
Sualı cavablandıranların hamısı özlərinə qarşı hər hansı sərt davranışa yol verilmədiyini, Qarabağı könüllü olaraq tərk etdiklərini deyiblər.
Qarabağın erməniəsiili sakinləri bölgədən getmələrinin tələsik olduğunu inkar etmirlər, lakin azərbaycanlılar tərəfindən onlara qarşı hər hansı təhdid və zorakılığın olmadığını, hər hansı problemlə üzləşmədiklərini, rahat hərəkət etdiklərini qeyd edirlər.
- A-
- A
- A+
Cəmiyyət
23:36 / 29.09.2023
Qarabağı tərk edən ermənilər: “Bizi heç kim qovmayıb” - VİDEO
Hazırda oxunan: Qarabağı tərk edən ermənilər: “Bizi heç kim qovmayıb” - VİDEO
Hazırda oxunan: Qarabağı tərk edən ermənilər: “Bizi heç kim qovmayıb” - VİDEO
157650
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.