Rus idmançılarının Paralimpiadada iştirakına icazə verildi

Rus idmançılarının Paralimpiadada iştirakına icazə verildi

Hazırda oxunan: Rus idmançılarının Paralimpiadada iştirakına icazə verildi

157645

Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda əsas mövzu rusiyalı idmançılarla bağlı olub. 

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının turnirlərdə iştirakını federasiyaların öhdəsinə buraxıb. Paralimpiya komitəsi idmançıların gələn il Parisdə keçiriləcək Paralimpiadaya buraxılmasını müzakirə edib. İclasda iki vacib qərar qəbul edilib. Əvvəlcə Rusiya Paralimpiya komitəsinin beynəlxalq qurumda üzvlüyünə baxılıb. 90-nın 56-ya səs nisbəti ilə şimal qonşularımızın üzvlüyü dayandırılıb.

Digər qərar isə idmançıların iştirakı ilə bağlı olub. Burada  aparılan səsvermənin nəticələri isə paralimpiyaçıların iştirakına icazə verib. Beləliklə, gələn il Parisdə keçiriləcək yarışlara ruslar buraxılacaq. Ancaq ən vacib sual onların turnirə hansı yolla lisenziya əldə edəcəyidir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO