Azərbaycan öz qapısına qol vurdu - Portuqaliyanın qələbəsi - VİDEO

Azərbaycan öz qapısına qol vurdu - Portuqaliyanın qələbəsi - VİDEO

Hazırda oxunan: Azərbaycan öz qapısına qol vurdu - Portuqaliyanın qələbəsi - VİDEO

15760

Portuqaliya ilə matçda yalnız Azərbaycan tərəfi qol vurub.  O da öz qapısına.

Bizim.Media xəbər verir ki, oyun 0:1 hesabı ilə başa çatıb.

Matçdakı bu yeganə qol görüşün 36-cı dəqiqəsində vurulub. Avtoqolun müəllifi isə qapıçı Şahruddin Məhəmmədəliyevdir.

Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedəvə dəyərək qapıya daxil olub.

İkinci hissədə Azərbaycan komandası daha yaxşı oynayaraq rəqib qapısında bir neçə təhlükəli əqam yaratsa da matçda hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, Azərbaycan millisi 2022 Dünya çempionatının seçmə mərhələsinə  məğlubiyyətlə başlayıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO