Yoluxmaya görə xəstəxanalarda yer qalmayıb - Vəziyyət ağırdır

Yoluxmaya görə xəstəxanalarda yer qalmayıb - Vəziyyət ağırdır

Hazırda oxunan: Yoluxmaya görə xəstəxanalarda yer qalmayıb - Vəziyyət ağırdır

15758

Ermənistanda koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar xəstəxanalarda demək olar ki, yer qalmayıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, reanimasiya şöbələrindəki 262 yerdən 259-u artıq dolub. Hazırda 63 nəfər süni ağciyər aparatına qoşulub. 187 nəfərin vəziyyəti həddindən artıq ağır, 750 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda koronavirusa yoluxmada kəskin artım: 818


Nazirlik əhalini bir daha sayıq olmağa və epidemioloji qaydalara riayət etməyə çağırıb:

“Maskalar taxın, məsafəni saxlayın və əllərinizi tez-tez yuyun”-deyə məlumatda qeyd edilib.

Qurum ölkədə sərt karantin rejiminə keçidin müzakirə mövzusu olmadığını da açıqlayıb:

"Yeni və sərt məhdudiyyətlər tətbiq edilərsə, cəmiyyətə bu barədə məlumat veriləcək".

Qeyd edək ki, son bir gündə Ermənistanda 1164 yeni yoluxma halı aşkarlanıb. 14 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO