Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.
Bizim.Media xəbər verir ki, artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.
1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.
Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 29.09.2023
Sərsəng su anbarı NƏZARƏTİMİZƏ KEÇDİ - RƏSMİ
Hazırda oxunan: Sərsəng su anbarı NƏZARƏTİMİZƏ KEÇDİ - RƏSMİ
Hazırda oxunan: Sərsəng su anbarı NƏZARƏTİMİZƏ KEÇDİ - RƏSMİ
157558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.