Futbolçumuz Bolqarıstanda qol vurdu, əsgər salamı verdi - VİDEO

Futbolçumuz Bolqarıstanda qol vurdu, əsgər salamı verdi - VİDEO

Hazırda oxunan: Futbolçumuz Bolqarıstanda qol vurdu, əsgər salamı verdi - VİDEO

157457

Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Krumovqrad"la qarşılaşıb. 

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

Gənc oyunçu komandasının ilk qolunun müəllifi olub. Millimizin üzvü qol sevincini əsgər salamı ilə qeyd edib. O, qolunu antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçularımıza həsr edib. 9 oyun keçirən "Arda" 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO