"Ayağını şalvarın üstündən bintlə sarıdılar" — Baş həkimdən ŞİKAYƏT - VİDEO 

Hazırda oxunan: "Ayağını şalvarın üstündən bintlə sarıdılar" — Baş həkimdən ŞİKAYƏT - VİDEO 

157414

Bərdə Rayon Mərkəzi Xəstəxanasından şikayət var. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, xəstəxananın direktoru həkim Vüsal Məmmədovun qanuna zidd əməlləri narazılığa səbəb olub.

Belə ki, xəstə Yusifli Elmin Əfrasiyab oğlu 19 avqust 2023-cü il tarixdə ayağında sınıq xəsarətilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, E.Yusifli ayın 24-nə qədər əməliyyat olunmayıb: 

“Ayağını şalvarın üstündən bintlə sarıdılar. 1100 manat dəmir avadanlığa pul istədilər. İcbari tibbi sığortası olan xəstədən həkim hansı haqla belə bir şey tələb edir?!

TƏBİB-ə şikayət etdikdən sonra xəstəxanaya yarımçıq dəmir avadanlıq gətirdilər. Çatışmayan avadanlığı özümüz Bakıdan alıb, gətirdik.  Xəstəxana şəraitsizdir. Binti də özümüzə aldırdılar”.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlanılıb. Bildirilib ki, şikayət araşdırılandan sonra əlavə məlumat  veriləcək. Bərdə Rayon Mərkəzi Xəstəxanasına edilən zənglər isə cavabsız qalıb.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO