Ərdoğandan İrəvana SON XƏBƏRDARLIQ – Ermənistan tarixi fürsəti ƏLDƏN VERƏCƏK?

Ərdoğandan İrəvana SON XƏBƏRDARLIQ – Ermənistan tarixi fürsəti ƏLDƏN VERƏCƏK?

Hazırda oxunan: Ərdoğandan İrəvana SON XƏBƏRDARLIQ – Ermənistan tarixi fürsəti ƏLDƏN VERƏCƏK?

157254

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Zəngəzur dəhlizi ilə bağlı maraqlı açıqlamalarla yadda qaldı. Türkiyə lideri bəyan etdi ki, əgər Ermənistan Zəngəzur dəhlizinin bərpasına əngəl olmaqda davam etsə onda İran ərazisindən yeni yol salınacaq. 

İdeya regiondakı geosiyasi vəziyyəti 180 dərəcə dəyişdirə bilər

Məntiqli və vaxtında verilmiş bəyanat bölgə üçün yeni geosiyasi mənzərə yarada bilər. Çünki, bu ideyanın reallaşmasında təkcə region ölkələri deyil, Avropa və Asiyanın əksər dövlətləri də çox maraqlıdır. İqtisadi sanksiyalar məngənəsində sıxılan İran üçünsə bu inanılmaz fürsətlər aça bilər. 

Məlum olduğu kimi beynəlxalq sanksiyalar səbəbi ilə İran tranzit ölkə statusunu itirib. Əgər bu ideya gerçəkləşsə, onda Yaxın Şərq ölkələrinin yüklərinin İran üzərindən həm Orta və Şərqi Asiya ölkələrinə, eləcə də Rusiyaya daşınması üçün ideal imkanlar açıla bilər. Və bunun hesabına da Beynəlxalq sanksiyaların təsirləri bir qədər zəifləyər. 

Təbii ki, bu məsələdə əsas söz Azərbaycan və Türkiyənindir. Çünki, Zəngəzur dəhlizi layihəsinin moderatoru bu iki qardaş ölkədir. Bu ideya region dövlətləri ilə yanaşı Aİ və Çin də dəstəkləyir.

Lakin, Qərb bu dəhlizin İran üzərindən keçməsində maraqlı deyil. Ona görə də 3 ildir ki, bu layihənin Ermənistan üzərindən ötürülməsi üzərində danışıqlar gedir. Lakin, Ermənistan siyasi hakimiyyətinin məsələyə qeyri-ciddi yanaşması dəhlizin açılışını ən azı 3 il gecikdirdi. 

Ermənistan ömürlük olaraq Beynəlxalq layihələrdən kənarda qala bilər

Türkiyə Prezidentinin son bəyanatı isə nəinki Ermənistanı, eləcə də Qərbi çətin vəziyyətə saldı. Çünki, həm Ermənistan, həm də Qərbin Fransa kimi bəzi dövlətləri Azərbaycan və Türkiyəyə təzyiq vasitəsi olaraq bu ideyanın gerçəkləşməsinə qarşı çıxırdılar.

Halbuki, bu dəhlizin reallaşması ən çox Ermənistana lazımdır. Çünki, ermənilərin siyasi və qonşu dövlətlərə qarşı düşmən münasibəti Ermənistanı bütün Beynəlxalq layihələrdən kənarda saxlayır. 

Nəzərə alaq ki, Zəngəzur dəhlizi Ermənistana ölkə tranzit yüklərdən qazanc əldə etməyə imkan verə bilərdi. Ən başlıcası Ermənistan öz yüklərini Azərbaycan və Türkiyə üzərindən Avropaya və Asiyaya, ən başlıcası Rusiyaya rahatlıqla daşıya bilsin. 

Tək bir faktı deyə bilərik ki, Rusiyadan Ermənistana yüklər Azərbaycan üzərindən cəmi 20-24 saata daşına bilər. Halbuki, Gürcüstan üzərindən həmin yüklər ən azı 48 saata daşınır. Lakin, Ermənistanın xarici güclərin əlində alət olması erməniləri belə unikal imkanlardan məhrum edib.

Ermənilər və onların havadarları zənn edir ki, bu dəhliz açılsa, Turan ideyası daha tez reallaşa bilər. Ancaq, Ərdoğanın son bəyanatı həm Qərbi, həm də Ermənistanı pat vəziyyətində qoydu. 

İtirən Ermənistan, qazanan İran olacaq

Maraqlıdır ki, Türkiyə liderinin bu ideyasını İran məmnunluqla qarşılayıb. Halbuki, dünənə qədər molla-fars rejimi Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab etdiyini deyirdi. Rəsmi Tehran Mehridən keçəcək yeni yola heç zaman imkan verməyəcəyini dəfələrlə təkrarlayıb. Amma yeni təklifə rəsmi Tehran çox isti baxır. 

Yeni təklifə görə dəhlizin Zəngilanla Naxçıvan arasındakı 45 kilometrlik hissəsi Güney Azərbaycan ərazisindən keçəcək. Nəticədə, Azərbaycan heç nə itirməyəcək, qazanacaq. İtirən Ermənistan, bu itkilərdən faydalanansa İran olacaq. Beləcə İran da öz maraqları səbəbiylə Ermənistan üzərindən əlini çəkəcək. Nəticədə Ermənistan daha bir “strateji müttəfiqini” itirmiş olacaq.  

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO