Oğuzda şəhidlərimizin xatirəsi ANILDI – FOTO  

Oğuzda şəhidlərimizin xatirəsi ANILDI – FOTO  

Hazırda oxunan: Oğuzda şəhidlərimizin xatirəsi ANILDI – FOTO  

157246

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq rayon sakinləri Oğuz şəhər Şəhidlər Xiyabanına gələrək onların məzarlarını ziyarət edir, məzarları önünə gül dəstələri düzür. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə çıxış edənlər bildiriblər ki, hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev  xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq”la birləşərək işğalçıya sarsıdıcı zərbə vurub.  

Diqqətə çatdırılıb ki, Vətən Müharibəsində 26 nəfər Oğuzlu gənc ən uca və ən ali zirvəyə ucalaraq şəhid olub. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. 
Daha sonra məktəblilər tərəffindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş oldunub. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO