Erməni jurnalistin etirafı:

Erməni jurnalistin etirafı: "Biz müttəfiqlərimizə daim xəyanət etmişik"

Hazırda oxunan: Erməni jurnalistin etirafı: "Biz müttəfiqlərimizə daim xəyanət etmişik"

157177

"Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə yalnız özləri günahkardır".

Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalist Lilit Kostanyan öz Facebook səhifəsində yazıb.

“Əsrlər boyu bir problemi həll etməməyi o qədər sevmişik ki, bu, fəlakətə çevrilib. Nəticədə oturub ağladıq, qəsidələr yazdıq, qəmli mahnılar bəstələdik, inildədik, faciələrimizdən biznes qurduq, sonra bütün dünyanı günahlandırdıq ki, bizə kömək etmədilər.
Amma heç vaxt etiraf etmədik ki, dünya ilə düzgün “dostluq” qura bilmirik. Biri ilə müttəfiq oluruq, sonra onu tərk edib başqa birinə tərəf qaçırıq, sonra onu da tərk edirik.  Həyatımız həmişə belə davam edəcək.

Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik.

Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?

Ola bilsin ki, Tanrı bizi hələ də nadir bir nümunə kimi qoruyub saxlayır”, – Lilit Kostanyan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO