Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident!
Bu il avqustun 20-də Zati-alinizlə Budapeşt şəhərində görüşərək gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparmaq imkanına görə Sizə minnətdarlığımı bildirirəm.
Mən Qarabağ bölgəsində baş verən hadisələri diqqətlə izləyirəm. Qeyd edim ki, onilliklər boyu davam edən mübahisələrin həlli bir çox dünya dövlətlərinin tarixində olduğu kimi, güclü və ağıllı liderin cəsarətini və müdrikliyini tələb edir.
Yaranmış yeni vəziyyətin region və onun sakinlərinin tam inteqrasiyası üçün imkanlar açacağına ümid edir, Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh və tərəqqi diləyirəm. Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:22 / 26.09.2023
Milorad Dodik: "Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh diləyirəm"
Hazırda oxunan: Milorad Dodik: "Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh diləyirəm"
Hazırda oxunan: Milorad Dodik: "Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh diləyirəm"
157097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.