“Söyüdlüdən götürülən nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanmış, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nəticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Söyüdlüdəki vəziyyətlə bağlı yaradılmış Komissiyanın növbəti iclası KEÇİRİLDİ
“İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb. Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər”, - deyə nazir əlavə edib.
Bizim.Media