Cəlilabadda 2 avtomobil toqquşdu: 2 nəfər xəsarət aldı

Cəlilabadda 2 avtomobil toqquşdu: 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Cəlilabadda 2 avtomobil toqquşdu: 2 nəfər xəsarət aldı

156963

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb. 

Belə ki, "VAZ 2106" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakinləri, 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıb. 

Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO