“Qarabağ”-“Sumqayıt” matçının yeri dəyişdirildi

“Qarabağ”-“Sumqayıt” matçının yeri dəyişdirildi

Hazırda oxunan: “Qarabağ”-“Sumqayıt” matçının yeri dəyişdirildi

156960

"Qarabağ" Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt”  oyunun “Azersun Arena”da  keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO