24 mart tarixində keçirilən səsvermə zamanı Ermənistan parlamentinin üzvləri hərbi vəziyyət rejiminin ləğvi barədə qərar layihəsini təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am“ saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda hərbi vəziyyət ləğv edilməyib – Yenə müharibə olacaq?
Mənbə yazır ki, 118 deputat rejimin ləğvinə, 1 əleyhinə səs verib.
Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 27 sentyabrdan etibarən qüvvədə olub.
Bizim.Media