İsraildə terror törətmək istəyən 8 nəfər saxlanıldı 

İsraildə terror törətmək istəyən 8 nəfər saxlanıldı 

Hazırda oxunan: İsraildə terror törətmək istəyən 8 nəfər saxlanıldı 

156774

İsrail təhlükəsizlik qüvvələri terror aktı törədə biləcək 8 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidmətinin bölmələri birgə əməliyyat keçirərək, Bir-Zeyt Universitetinin şəhərciyində gizlənərək axtarışda olan 8 şübhəlini saxlayıb.

Təhlükəsizlik qüvvələrinə məlum olan məlumata görə, axtarışda olan şübhəlilərin yaxın vaxtlarda terror aktları törədəcəkləri gözlənilirdi. Saxlanılanların üzərində “Həmas” terror təşkilatının bayraqları aşkar edilib.
Bundan əlavə, gecə saatlarında Ramallah bölgəsində daha bir terror şübhəlisi, Hirbat-Karme kəndində isə axtarışda olan daha 4 şübhəli saxlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO