Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Bizim.Media “kommersant.ru”-ya istinadən xəbər verir ki, RF-nın baş naziri Mixail Mişustin sentyabrın 21-də bununla bağlı müvafiq Fərman imzalayıb.
Qeyd olunur ki, müvəqqəti məhdudiyyətlər daxili yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da istehlakçılar üçün qiymətləri aşağı salacaq.
RF Energetika Nazirliyinin yaydığı məlumatda isə göstərilir ki, qərar “boz ixrac”ı (daxili bazar üçün alınmış yanacağın xaricə ixracı) effektiv şəkildə dayandırmağa imkan verəcək.
Rəsmilər qeyd edirlər ki, qadağa müvəqqəti olsa da, hazırda etibarlılığının dəqiq və ya təxmini müddəti göstərilmir. Beləliklə, səlahiyyətli orqanlar bu fərmanı ayrıca qərarla ləğv edə bilərlər.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:55 / 23.09.2023
Rusiya neft-qaz ixracını DAYANDIRDI
Hazırda oxunan: Rusiya neft-qaz ixracını DAYANDIRDI
Hazırda oxunan: Rusiya neft-qaz ixracını DAYANDIRDI
156619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.