Bağlanmış bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği açıqlandı

Bağlanmış bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği açıqlandı

Hazırda oxunan: Bağlanmış bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği açıqlandı

15650

Bağlanmış AtaBank, Amrahbank, NBC Bank və AGBank-ın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Bizim.Media-ya verilən məlumata görə, AtaBank-ın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrahbank-ın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AGBank-ın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bank-ın 4,22 min əmanətçisi 131,295 milyon manatdan çox təzminat alıb.

 

MÖVZU İLƏ BAĞLI:

Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

​​​​​​​
AtaBank və Amrahbank əmanətçilərinə təzminat ödənişi 1 iyun 2020-ci il tarixindən etibarən Kapital Bank ASC-nin debet kartları vasitəsi ilə nağdsız qaydada həyata keçirilir.

AGBank ASC-də və NBC Bank ASC-də sığortalanmış əmanətlərə görə kompensasiya verilməsi üçün seçilən agent bank isə Azərbaycan Beynəlxalq Bankı ASC-dir. Bu bankların müştərilərinə ödənişlər 16 iyun 2020-ci ildən etibarən başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO